8
22 apreldə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanın Delfi şəhərində keçiriləcək Delfi İqtisadi Forumunda iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, forum çərçivəsində Qriqoryan Yunanıstan Respublikası Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tanos Dokos, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Moldova Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stanislav Sekretyeru ilə birlikdə "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin həlli və dayanıqlığın gücləndirilməsi" adlı panel müzakirəsində iştirak edəcək.
