3
Fransa prezidenti Emmanuel Makron Fransada Telegram messencerinin həmtəsisçisi Pavel Durovun saxlanılması qərarının siyasi olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Fransa dövlət başçısı bu barədə X-də yazıb.
“Telegram rəhbərinin Fransada saxlanılması davam edən istintaq çərçivəsində həyata keçirilib.
Bu, heç bir halda siyasi qərar deyil. Bu işə qərar vermək hakimlərin ixtiyarındadır”, – Makron qeyd edib.
