Ukrayna ordusu son sutkada 1220 rus hərbiçi, 7 tank, 19 zirehli döyüş maşını və 49 artilleriya sistemini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, 24.02.22-dən 07.09.24-dək düşmənin ümumi döyüş itkiləri təxminən: şəxsi heyət – təxminən 553,410 (+1,220) nəfər, tanklar ‒ 8178 (+7) ədəd, zirehli döyüş maşınları – 15,704 (+19) ədəd, artilleriya sistemləri – 15015 (+49) ədəd, RSZV – 1115 ədəd, hava hücumundan müdafiə avadanlığı – 880 ədəd, təyyarə – 361 ədəd, helikopterlər – 326 ədəd, Əməliyyat-taktiki səviyyəli PUA-lar – 11922 (+29) ədəd, qanadlı raketlər – 2389 (+36) ədəd, gəmilər/qayıqlar – 28 ədəd, sualtı qayıqlar – 1 ədəd, avtomobil avadanlığı və sisternlər – 20 212 (+62) ədəd, xüsusi avadanlıq ‒ 2516 (+13) ədəd təşkil edib.
