30
İngiltərənin “Mançester Siti” klubu 18 yaşlı yarımmüdafiəçi Ayub Buaddini Fransanın “Lill” klubundan 100 milyon avroya transfer edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” hesabında məlumat yayıb.
Transfer artıq rəsmiləşib və futbolçu “Mançester Siti” ilə 2031-ci ilədək müqavilə imzalayıb.
Mərakeş millisinin üzvü olan Buaddi 2026-cı il dünya çempionatında 5 oyunda meydana çıxıb. O, ötən klub mövsümündə isə 42 matçda iştirak edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb.
