C vitamini sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Güclü toxunulmazlığın ən vacib silahlarından biri kifayət qədər C vitamini qəbul etməkdir. Bəs C vitamini çatışmazlığı zamanı orqanizmdə nə baş verir? C vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur? C vitamini çatışmazlığının orqanizmə təsiri…
Ucnoqta.az xəbər verir ki, C vitamini orqanizm üçün ən vacib vitaminlərdən biridir. Bədənin qan damarlarında, qığırdaqlarda, əzələlərdə və sümüklərdə kollagenin əmələ gəlməsi üçün ehtiyac duyduğu mühüm qaynaqlardan biri olan C vitamini əskik olduqda bəzi şikayətlər görünməyə başlayır. Anemiya, əzələ və oynaq ağrıları, yorğunluq və zəif yaddaş bunlardan bəziləridir.
Bəs bunun səbəb olduğu digər sağlamlıq problemləri hansılardır? Prof. Dr. Osman Müftüoğlu, C vitamini azaldıqda bədəndəki əlamətləri açıqlayıb.
C vitamini azlığında nə olur?
– İmmunitet zəifləyir.
– Diş ətləri qanayır və iltihablanır.
– Dəridə bənövşəyi ləkələr əmələ gəlir.
– Anemiya baş verə bilər.
– Dəridə erkən qırışlar əmələ gəlir.
– Oynaq və əzələ ağrıları başlayır.
– Yorğunluq inkişaf edir.
– Gut tutmaları daha tez-tez baş verir.
– Qan yağları artır.
– Dəmirin udulması azalır.
– Yaddaş zəifləyir.
