3
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 15 Ukrayna pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 6 PUA Adıgey Respublikasının, 3 PUA Bryansk vilayətinin ərazisi üzərində, 3 PUA – Krasnodar vilayətinin ərazisi üzərində, bir PUA – Rostov vilayətinin ərazisi üzərində, bir PUA – Belqorod vilayətinin ərazisi üzərində və həmçinin bir PUA Oryol vilayətinin ərazisi üzərində məhv edilib.
