58
İspaniya kralı VI Felipe Baş nazir Pedro Sançeslə telefon danışığı zamanı Seuta muxtar şəhərində yaranmış miqrasiya böhranını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə El Pais qəzeti məlumat yayıb.
Məlumata görə, kral Seuta hökumətinin başçısı Xuan Xesus Vivasla da telefon danışığı aparıb.
Qeyd edək ki, İspaniya hakimiyyəti Seutada təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.
