39
Fransa hakimiyyəti İspaniya ilə sərhəd nəzarətini gücləndirib.
Ucnoqta.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunyes bunu RTL radiosunda İspaniyanın Seuta şəhərinə miqrant axını fonunda görülən tədbirlərlə bağlı suala cavab olaraq açıqlayıb.
Nazir bildirib ki, Fransa-İspaniya sərhədində nəzarətimiz var. Üstəlik, son aylarda onlar gücləndirilib: orada daimi olaraq mobil bölmə yerləşdirilib.
İspaniya mediasının məlumatına görə, minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə çatıb. Gələnlərin dəqiq sayı hələ müəyyən edilməyib. Bundan əlavə, Seuta şəhərinə çatmağa çalışarkən ən azı 19 nəfər ölüb.
