64
Müəllimlərin işə qəbulu (MİQ) üzrə 14–18 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, biologiya fənni üzrə testdə yer alan suallardan birində texniki səhv aşkar edildiyi üçün bütün namizədlərə həmin suala görə əlavə bal hesablanıb.
Bununla yanaşı, bir çox namizəd sözügedən sualın düzgün cavabını qeyd etdiyini və həmin balı onsuz da topladığını bildirib.
Xatırladaq ki, Təhsil İnstitutu tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanlarında da 5 səhv sual aşkarlanmışdı. Bu səbəbdən səhv suallar müəllimlərin xeyrinə hesablanmışdı.
