61
İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə üzərək keçməyə çalışan miqrantlar arasında həlak olanların sayı 24-ə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bundan əvvəl 19 nəfərin öldüyü bildirilirdi.
İspaniya KİV-inin məlumatına görə, minlərlə miqrant üzərək, eləcə də Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək şəhərə daxil olmağa cəhd göstərib.
Cadena SER radiostansiyasının məlumatına əsasən, son 24 saat ərzində Seutaya 49 minədək qeyri-qanuni miqrant daxil olmuş ola bilər.
