2
Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya da NATO-ya daxil olacaq.
Ucnoqta.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.
"Finlandiyanın, indi isə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya və Herseqovina, Moldova, Gürcüstan, Serbiya alyansa cəlb olunacaq. Bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq" – o, vurğulayıb.
Onun sözlərinə görə, proqnozlar məyusedicidir.
"Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir", – deyə prezident qeyd edib.
