0
İtaliyanın Atalanta komandasında çıxış edən Türkiyə millisinin oyunçusu Merih Demiral portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə danışdığını və kolleksiyasındakı imzalı formasının hərraca çıxarılaraq zəlzələ qurbanlarına bağışlanacağını açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Merih Dəmiral bu barədə sosial media hesabında açıqlayıb:
"Mən indicə Kriştiano Ronaldo ilə danışdım. O, Türkiyədə baş verənlərə görə çox təəssüfləndiyini söylədi. Ronaldonun imzalı formasını kolleksiyamdakı hərraca çıxarırıq. Hərracdan əldə edilən bütün gəlir zəlzələ bölgəsində istifadə olunmaq üçün bağışlanacaq. "
Ulduz futbolçular Leonardo Bonucci və Paulo Dybala ilə görüşdüyünü deyən Demiral hər iki ulduzun bu yardıma dəstək verəcəyini açıqlayıb.
Emin
