Milli Qəhrəman Riad Əhmədovun 65 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, digər rəsmi şəxslər və Riad Əhmədovun döyüş yoldaşları iştirak ediblər.
Şagirdlər qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verərək Riad Əhmədova həsr olunmuş səhnəcik, musiqi nömrələri təqdim etdilər. Mili Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini danışdılar, həmçinin Riadın şücaətindən söz açaraq gənc nəslə onun kimi vətənpərvər, cəsur olmağı tövsiyə etdilər.
Çıxış edənlər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsindəki şanlı zəfər tarixindən söz açdılar. Şagirdlərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasının zəruriliyini vurğuladıla.
Tədbirin sonunda məktəbin nümunəvi şagirdlərinə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının İctimai Birliyinin Fəxri Fərmanları təqdim olundu.
