0
"Türkiyə istehsal etdiyi pilotsuz uçuş aparatları, o cümlədən "Akıncı"ları ilə hər yerdə var. Biz PUA-larımızla Liviyada, Azərbaycanda, onun Qarabağ bölgəsində də varıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Umraniyyə rayonunda “Millət baxçasının”nın açılışında deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə Suriyada terrorçuluqla mübarizə aparır: "Onları da məhv edəcəyik. Aralıq dənizindən Cənubi Qafqazadək təkcə öz qayğımıza qalmırıq, dostlarımıza da yardım edirik. Qara dənizdən təbii qazı çıxarmağa başladıqdan sonra həm dövlətimiz, həm də xalqımız qazanacaq".///report
