0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, son sutkada 31 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib, aktiv xəstə sayı 46 968 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.
