0
Azərbaycanda son sutka ərzində 1242 nəfər koronavirusa yoluxub, 345 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, son sutkada 8 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 349316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10007 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10819, ötən müddət ərzində isə ümumilikdə 4094565 test aparılıb.
