26
Qaraçay-Çərkəz Respublikasının Ust-Cequta şəhərində toy mərasimi zamanı fərdi evdə qaz partlayışı baş verib.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, Regional prokurorluğun məlumatına görə, hadisənin başvermə səbəbləri araşdırılır.
Regional Fövqəladə Hallar Nazirliyi bildirib ki, qaz-hava qarışığının partlayışı sonradan yanğınla nəticələnməyib. İlkin məlumata əsasən, yaralılardan yeddisi Ust-Cequta və Çerkessk şəhərlərindəki xəstəxanalara yerləşdirilib.
