26
Yer kürəsində avqust ayının ilk maqnit qasırğası başlayıb.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, Günəşdən ayrılan plazma axını bir neçə saat əvvəl Yerə çatsa da, geomaqnit göstəriciləri yalnız indi maqnit qasırğası səviyyəsinə yüksəlib.
Alimlər bildirirlər ki, hazırda qasırğanın gücü G1 (zəif) ilə G2 (orta) səviyyələri arasındadır.
Proqnoza əsasən, maqnit qasırğasının təxminən 4-6 saat davam edəcəyi, hətta daha tez başa çata biləcəyi gözlənilir.
Qeyd edək ki, bu, avqust ayının ilk, yay mövsümünün isə altıncı maqnit qasırğası hesab olunur.
