Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə baş verən hadisə zamanı bir nəfər həyatını itirib, üç nəfər isə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Ucnoqta.az xəbər verir ki, FHN-in məlumatına görə, “112” qaynar telefon xəttinə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə dərhal dalğıc-xilasedicilər cəlb olunub.
Axtarışlar nəticəsində 2005-ci il təvəllüdlü Niyaz Vasif oğlu Pirməmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda operativ xilasetmə əməliyyatı nəticəsində 2001-ci il təvəllüdlü Məhəbbət Şövkət oğlu Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Bəhruz oğlu Mustafayev və 2001-ci il təvəllüdlü Elbrus Zümrüd oğlu Cəlalov xilas ediliblər.
