28
Sentyabrın 19-20-də Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı əvvəlki həftəsonu ilə müqayisədə təxminən üç dəfə azalıb.
Ucnoqta.az xəbər verir ki, “Reuters” agentliyinin Kpler analitik şirkətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, ötən həftəsonu boğazdan cəmi 12 gəmi keçib. Sentyabrın 12-13-də isə bu göstərici 35 gəmi olub.
Müqayisə üçün, ABŞ və İran arasında münaqişə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla 125 kommersiya gəmisi keçirdi.
Məlumata görə, gəmi tranzitindəki azalma ABŞ və İran arasında danışıqlar prosesində yaranan dalan fonunda baş verib.
