Marvel kainatının yeni filmi “Hörümçək adam: Yeni gün” (Spider-Man: Brand New Day) ABŞ və Kanadada ilk nümayiş günündə 167 milyon dollar gəlir əldə edərək yeni rekord müəyyənləşdirib.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, film bu göstərici ilə 2019-cu ildə ilk günündə 157 milyon dollar qazanan “Qisasçılar: Final” (Avengers: Endgame) filmini geridə qoyub.
Şimali Amerikada ilk həftəsonunun yekununda isə “Hörümçək adam: Yeni gün” 355 milyon dollar gəlir əldə edib. Bu nəticə ilə film “Qisasçılar: Final”ın həftəsonu rekordundan cəmi 2 milyon dollar geri qalıb.
Qeyd edək ki, Tom Hollandın baş rolda oynadığı əvvəlki film – “Hörümçək adam: Evə yol yoxdur” (Spider-Man: No Way Home, 2021) dünya üzrə 1,9 milyard dollardan çox gəlir əldə etmiş və COVID-19 pandemiyasından sonra 1 milyard dollar həddini aşan ilk film olmuşdu.
