0
Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Ucnoqta.az “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.
Bu barədə məlumatı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.
O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.
O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
