1
Milli Məclisin iclasında deputat Elşən Musayev toyların keçirilməsi ilə bağlı qoyulan bəzi məhdudiyyətlərə etiraz edib.
Deputat bildirib ki, toylarda heç olmasa, bəylə gəlin maska taxmasın.
“Ən azından bəylə gəlin maskasız oturmalıdır, bir-birini görməlidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.
50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan toylarda COVID-19 pasportu tələb olunur, lakin maska taxmaq zərurəti yoxdur. 50 nəfərlik şənliklərdə isə vaksinasiya pasportu tələb olunmasa da, maska taxmaq məcburidir.
