ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

20:46 - 13 Fevral 2020 - DÜNYA

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub.  Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və “Kumertausk Aviasiya istehsalı müəssisəsi” Açıq Səhmdar Cəmiyyətidir.

Xəbər xətti