Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA

14:09 - 12 Sentyabr 2019 - Xəbər

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.

Bu barədə Trend-ə açıqlamasında "Bakl Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər. Bu məsələdə biz özümüz də maraqlıyıq.

Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik".

Xəbər xətti