Suriyanın yeni hakimiyyət orqanları ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Suriya ərazisindəki Amerika bazalarının gələcəyini müzakirə edir və problemin həlli bir qədər vaxt alacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kasra "The Washington Post"a deyib.
"Hamı Trampın hakimiyyətə gələcəyini gözləyirdi. Amerika administrasiyası və Suriyanın yeni hökumətinin bu məsələni həll etməsi bir qədər vaxt aparacaq", - Əbu Kasra bildirib.
Nazirin sözlərinə görə, hazırda bu mövzu ilə bağlı danışıqlar aparılır.