Tramp Kanadaya qarşı yeni ticarət iddiaları irəli sürür

18:46 - 3 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp baş nazir Castin Trüdo ilə telefon danışığından sonra Kanadanın ticarət siyasəti ilə bağlı yeni narahatlıqlarını dilə gətirib və onunla gün ərzində yenidən danışacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Truth Social-da yazıb.

"Kanada hətta Amerika banklarının orada iş aparmasına icazə vermir. Bu nədir?! Orada belə şeylər çoxdur. Amma bu, həm də narkotiklərə qarşı müharibədən gedir.
ABŞ-da Meksika və Kanada ilə sərhədləri keçən narkotiklər üzündən yüz minlərlə insan ölür. Sadəcə Castin Trüdo ilə danışdıq. Onunla saat 15:00-da yenidən danışacam" - o, qeyd edib.

Xəbər xətti