Yanvarın 13-ü Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları davam etdirilir.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hazırda vətəndaşın axtarışları qurumun Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Xatırladaq ki, itkin düşmüş digər balıqçı Nazim Abbasovun cəsədi ötən gün tapılıb.