ABŞ yenidən Çini COVID-19 pandemiyasına görə günahlandırır

23:23 - 2 Fevral 2025 - DÜNYA

 2020-ci ildə başlayan COVID-19 pandemiyası Vuhandakı biolaboratoriyadan sızma ilə başlayıb və Amerika iqtisadiyyatına 14 trilyon dollara başa gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiq etməsinin səbəblərini izah edən sənəddə deyilir.

"On milyonlarla həddindən artıq ölümə səbəb olan və ABŞ iqtisadiyyatına ən azı 14 trilyon dollara başa gələn COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməyə davam etdiyi Çinin Vuhan şəhərindəki laboratoriyada yaranıb" - Ağ Evin bəyanatında deyilir.

Bu barədə yanvarın sonunda The New York Times öz mənbələrinə istinadən məlumat yayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virusun sızması nəticəsində başladığı versiyaya istinad edir.

Xəbər xətti