Rusiyada qanunsuz yaşayanların NƏZƏRİNƏ: Aprelin 30-dək ...

17:39 - 2 Fevral 2025 - DÜNYA

Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy bəyan edib ki, 2025-ci ilə qədər Rusiyada təxminən 670 qeyri-qanuni miqrant yaşayır - onların hamısı qeyri-qanuni olaraq ölkə ərazisindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”ya müsahibəsində daxili işlər nazirinin müavini danışıb.

Federal rəsmi əlavə edib ki, qeyri-qanuni mühacirlərin yarıdan çoxu qadınlardır. Qorovoy onların hər birinin aprelin 30-dək Rusiyada statusunun leqallaşdırılması üçün Daxili İşlər Nazirliyinə və ya hər hansı digər ixtisaslaşmış miqrasiya orqanına müraciət edə biləcəyini deyib:

“Xüsusi qeydlərimizi yoxladıqdan və ictimai asayişi təhdid edəcək hər hansı pozuntunun olmamasını qiymətləndirdikdən sonra biz bu xarici vətəndaşların hüquqi statusunu tənzimləyəcəyik”.

Yoxlama zamanı şəxsin hər hansı qanun pozuntusuna yol verməsi aşkar edilərsə, o, ölkəni tərk etməyə məcbur edilə bilər. Əgər miqrant mayın əvvəlinə qədər Rusiya Federasiyasındakı statusunu leqallaşdıra bilməsə, o zaman Rusiya prezidentinin fərmanına əsasən, o, vətəninə deportasiya ediləcək və ya xüsusi müəssisəyə yerləşdiriləcək. Gələcəkdə onun ölkəyə girişinə qadağa qoyulacaq.

Əvvəllər Federal Məhkəmə İcraçıları Xidməti bəyan etmişdi ki, 2024-cü ildə 80 mindən çox miqrant - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiyadan məcburi şəkildə deportasiya edilib. Bir il əvvəl bu rəqəm iki dəfə çox idi, 2022-ci ildə isə 20 min idi.

Xəbər xətti