Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başa çatır.
Ucnoqta.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.
Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər fevralın 3-dən başlayır.