İsrail Suriya ərazisində - Qolan təpələrinin bufer zonasında hərbi bazalar tikir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.
Nəşr peyk şəkillərini təhlil edərək, divarlarla əhatə olunmuş İsrail bazasında təxminən 8 km cənubda oxşar obyektin yerləşdiyi altıdan çox binanın olduğunu müəyyən edib.
İki baza Qolan təpələrindəki ərazilərə aparan torpaq yollarla birləşir.
Bundan əlavə, bir neçə kilometr cənubda torpaq sahəsi təmizlənib ki, bu da üçüncü bazanın tikintisinin başlanğıcını ifadə edir.
“Yaxın vaxtlara qədər Suriyanın nəzarəti altında olan ərazidə yerləşən iki yeni tikinti obyekti, quruluş və üslub baxımından Qolan təpələrinin İsrailin nəzarətində olan hissəsindəkilərə bənzər irəli müşahidə bazaları kimi görünür” - analitik William Qodhind WP ilə söhbətində qeyd etdi.