Braziliya Superkuboku matçı yarımçıq dayandırıldı - yağış ...

00:00 - 3 Fevral 2025 - İDMAN

Braziliya Superkubokunun "Flamenqo" - "Botafoqo" matçı yağış səbəbindən yarımçıq qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Botafoqo”nun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 15-ci dəqiqədə 1:0 hesabı ilə "Flamenqo"nun xeyrinə dayandırılıb.
Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb. Görüş Braziliyanın Belem şəhərində keçirilir.

Başlanğıcda hakim oyunu 30 dəqiqə dayandıra, sonra isə onun bərpasını daha yarım saat gecikdirə bilər.
Bundan sonra matçın davam etdirilməsinə və ya təxirə salınmasına qərar verilməlidir.
Qeyd olunur ki, hakimlər komissiyası artıq oyunun bərpasını ikinci 30 dəqiqə gecikdirmək hüququndan istifadə edib.

Xəbər xətti