Moskvada “Arbat” batalyonunun erməni yaradıcısı öldürüldü

12:08 - 3 Fevral 2025 - DÜNYA

Fevralın 3-də səhər saatlarında Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Alye Parusa” elit yaşayış kompleksində güclü partlayış baş verib

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Donetsk Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunun yaradıcısı Armen Naqapetoviç Sarkisyan həlak olub.
İlkin məlumata görə, partlayıcı qurğu 77 saylı binanın girişlərindən birinin lift zalında işə düşüb.
Partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
Təcili yardım xidmətləri, o cümlədən bir neçə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Zərərçəkənlər arasında ən azı 5 nəfərin olduğu, hamısının da ciddi xəsarət aldığı bildirilir. Onlardan biri aldığı xəsarətlərdən yerindəcə keçinib.

Armen Sarkisyan Donetsk Boks Federasiyasının prezidenti və xüsusi əməliyyat zonasında döyüş əməliyyatlarında iştirak edən “Arbat” batalyonunun yaradıcısı olub.

Xəbər xətti