Lukaşenkonun prezident seçkilərində qələbəsi rəsmən təsdiqləndi

14:28 - 3 Fevral 2025 - DÜNYA

Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 26-da keçirilmiş prezident seçkilərinin yekun nəticələrini müəyyən edib və ona əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, iclasının onlayn yayımlandığı Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko 86,82% səs toplayıb.
 Prezidentlik yarışında ikinci yeri 3,21 faiz səs toplayan Sergey Sırankov, üçüncü yeri 2,02 faizlə Oleq Qaydukeviç, dördüncü yeri Anna Kanopatskaya (1,86 faiz), beşinci yeri isə Aleksandr Xijnyak (1,74 faiz) tutub.
Seçicilərin 3,60%-i bütün namizədlərin əleyhinə səs verib. Ümumilikdə səsvermədə təxminən 6,9 milyon insanın 85,69%-i iştirak edib.

Xəbər xətti