Danimarka Aİ liderləri ilə Qrenlandiya məsələsinin bazar ertəsi keçiriləcək qeyri-rəsmi sammitin gündəliyinə daxil edilməsi barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen Brüsseldə keçirilən icma toplantısında bildirib.
“Avropada sərhədlərə hörmət etmək zərurətinə çox güclü və geniş dəstək var. Bu, əlbəttə ki, Danimarka Krallığının sərhədlərinə də aiddir”, - deyə Frederiksen vurğulayıb.