1600-dən çox haitili evlərini tərk edib - BMT

12:03 - 3 Fevral 2025 - DÜNYA

Ötən həftə Haitinin paytaxtı Port-au-Prinsin kənarında təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında baş verən şiddətli toqquşmalar insanları qaçmağa məcbur edib

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb. Haitinin paytaxtı Port-o-Prinsin kənarında keçən həftə təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında baş verən toqquşmalar 1600-dən çox yerli sakini evlərini tərk etməyə məcbur edib.

 

Sentyabr ayından bəri məcburi köçkün uşaqların sayı təxminən 50% artaraq yarım milyondan çox olub.
Hazırda ölkədə təxminən hər səkkizinci uşaq bu kateqoriyaya düşür. Təxminən 3 milyon uşağın, o cümlədən Port-au-Prensdə 1,2 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var.

Xəbər xətti