İşğaldan azad edilmiş ərazilərdə tullantılarla bağlı tədbirlər planı hazırlanıb - Mehman Nəbiyev

12:01 - 12 Sentyabr 2024 - Cəmiyyət

“Azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı ayrıca tədbirlər planı hazırlamışıq”.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”na zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, artıq 2021-ci ildən ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tullantıların idarə olunması ilə bağlı xüsusi komissiya yaradılıb:

“Həmin komissiya tərəfindən tullantıların idarə edilməsi ilə bağlı qurumlara tapşırıqlar verilib. Ən böyük tullantılar tikinti tullantılarıdır. Hazırda özəl sektor azad edilmiş ərazilərdə tikinti tullantılarının təkrar emalını həyata keçirir. Bu gələcəkdə bütün azad edilmiş ərazilərdə tətbiq ediləcək. Çünki həmin tullantılar yanğın təhlükəsi də yaradır. Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi “Təmiz Şəhər” ASC-yə həvalə olunub”.

Xəbər xətti