ABŞ-nın neft ehtiyatları 2,5 milyon barel azalıb

19:19 - 20 İyun 2024 - İQTİSADİYYAT

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 2,5 milyon barel azalaraq iyunun 14-nə 457,1 milyon barel təşkil edib

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, ehtiyatların bu həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 4% aşağıdır.

Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 0,63% artaraq 85,75 dollar/barelə, WTI markalı neftin avqustda çatdırılma fyuçerslərinin dəyəri isə 1,05% artaraq 81,31 dollar/barelə çatıb.

Xəbər xətti