Həbsdə olan generalın yerinə YENİ TƏYİNAT

15:31 - 24 May 2024 - Xəbər

Müdafiə Nazirliyində yeni təyinat olub. 

Ucnoqta.az Unikal-a istinadla bildirir ki, Müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib. 

Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb. 

Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov hazırda həbsdədir. 

Xəbər xətti