Bakıda iki avtomobil toqquşdu - Biri YANDI

09:14 - 22 May 2024 - HADİSƏ

Bakı şəhərində iki avtomobil toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda "HOVO" markalı yük avtomobili və "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə yük avtomobilinin 5 ədəd qabaq təkəri yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti