Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıblar

11:40 - 23 Aprel 2024 - DÜNYA

 Tailand və Qazaxıstan 30 günə qədər qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Banqkokda qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündən sonra Tailandın Xarici İşlər Nazirliyinin rəhbəri Panpri Phitthanukon keçirdiyi brifinqdə deyib.

Tailandın Xarici İşlər Nazirliyi qeyd edir ki, saziş Qazaxıstan tərəfinin rəsmi yazılı bildiriş almasından 30 təqvim günü sonra qüvvəyə minəcək.

Xəbər xətti