Kürdəmirdə evdə qaz balonu partlayıb, xəsarət alanlar var

15:49 - 25 Sentyabr 2023 - HADİSƏ

Kürdəmirdə evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri - ər və arvad - ağır yanıq xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti