ABŞ "Patriot"ları vaxtından əvvəl Ukraynaya tədarük edəcək

21:39 - 21 Mart 2023 - DÜNYA

ABŞ "Patriot" hava hücumundan müdafiə sistemlərini vaxtından əvvəl Ukraynaya tədarük edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Bildirilir ki, Oklahomadakı Amerika hərbi bazasında ukraynalı əsgərlər üçün təlim kursu əvvəlcə 10 həftəni əhatə etsə də, 8-ə endirilib.

Məlumata görə, Ukrayna hərbçiləri yaxın günlərdə ABŞ-da təlimlərini başa vuracaq, daha sonra yaxın həftələrdə Ukraynaya çatdırılacaq komplekslərlə işə hazırlaşmaq üçün Avropaya gələcək.

Xəbər xətti