Marselo “Qarabağ”la oyunda iştirak edəcək?

15:52 - 5 Oktyabr 2022 - İDMAN

Yunanıstanın “Olimpiakos” klubunun ulduz futbolçusu Marselo təxminən bir aya yaxındır ki, Pirey şəhərindədir.  

Futbolçu yenidən oyunlarda iştirak etmək üçün düzgün oyun formasını almağa çalışır. 34 yaşlı futbolçunun heç bir komanda ilə məşq etməməsi onu fiziki baxımından geri salır və bu da onun qırmızı-ağ formada ilk çıxışını gecikdirir.

Verilən məlumata görə, Marselo oktyabrın 15-20-də mükəmməl vəziyyətdə olacaq. O vaxta qədər isə “Olimpiakos” iki dəfə “Qarabağ”la oynayacaq. Deməli, Marselo “Qarabağ”la oyunda iştirak edə bilməyəcək.

Lakin Madrid “Real”ının sabiq ulduzunun debütünün gecikdirilməməsi də düşünülür və əgər daha israrla çalışarsa, onu oyunlarda daha erkən görmək mümkün olacaq.

Xəbər xətti