"Ola bilsin ki, döyən uşaq imkanlı ailədəndir" - Deputat

Paytaxtda yerləşən 112 saylı məktəbdə sinif yoldaşını döyən şagirdlə bağlı görüntülər ictimaiyyətdə müzakirə mövzusudur.

Ucnoqta.az xəbər verir ki, News24.az-ın əməkdaşı məsələ ilə bağlı millət vəkili Aqil Abbasın fikirlərini öyrənib.

O, açıqlamasında bildirib ki, hadisənin böyüdüləcək tərəfi yoxdur:

“Əşi, uşaq dalaşar da. Əsas günah onları kameraya çəkən və aralamayan digər şagirdlərdədir. Məktəb direktorunun və müəllimin o qədər də günahı yoxdur. Məktəbdəki bütün şagirdlərə nəzarət etmək mümkün deyil. Evində tərbiyə görməyən uşağa məktəbdə necə tərbiyə versinlər?! Bu məsələdə valideyn də günahkardır. Özü də döyülən uşaq digərindən daha “canlıdır”. Çox güman ki, nədənsə qorxur. Ola bilsin ki, döyən uşaq imkanlı ailədəndir. Yoxsa onu özü döyə bilərdi. Gündəm dəyişmək üçün ortaya atılan hadisədir”.

 

Tarix
4 Oktyabr 2022 [17:57]
Müəllif
Üç nöqtə
2022-10-04 17:57:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin