Bakıda minik maşını “KamAZ”-ı vuraraq aşırdı - FOTO

01:55 - 1 İyul 2022 - HADİSƏ

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

“Nissan” markalı minik maşınını idarə edən sürücü yüksək sürətlə baş yolda olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “KamAZ”-ın içərisindəki yük yola dağılıb. Yük maşını isə minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində “Nissan”-nın sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

Xəbər xətti