Prezident sərəncam imzaladı

18:11 - 24 İyun 2022 - Xəbər

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib. Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri əlavə edilib.

Xəbər xətti