Daha bir ölkədə “meymun çiçəyi”nə yoluxma aşkarlandı

15:37 - 22 May 2022 - DÜNYA

İsveçrənin Bern kantonunda "meymun çiçəyi" virusuna ilk yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.

Bern kantonunun Səhiyyə, Sosial və İnteqrasiya üzrə Direktorluğunun məlumatına əsasən, xarici ölkələrdən birində virus daşıyıcısı ilə təmasda olan şəxs hazırda ambulator müalicə alır və vəziyyəti sabitdir.

İsveçrə Federal Səhiyyə İdarəsi mümkün yoluxma halları ilə bağlı tədbirlər görüləcəyini elan edib.

Xəbər xətti