Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə paytaxtın Nizami rayonunda baş verib.

Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində olan hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Tarix
27 Yanvar 2022 [18:22]
Müəllif
Üç nöqtə
2022-01-27 18:22:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin